GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əziz Əzizov Cəlilabadı bərbad günə salıb

Əziz Əzizov Cəlilabadı bərbad günə salıb

Tarix: 28-05-2013, 16:40 Bölmə :Ölkə Baxış: 1 318
Əziz Əzizov Cəlilabadı bərbad günə salıb

İcra başçısının biznes maraqları etirazları gücləndirir; Rayonu sosial problemlərin əsirinə çevirən başçının karyerası ilə bağlı yaxın günlərdə qərar veriləcəyi bildirilir
Demək olar ki, hər gün respublikanın əyalətlərindən müxtəlif məsələlərlə bağlı şikayətlər eşidirik. Bu şikayətlərin yarıdan çoxu məmur özbaşınalığı ilə bağlıdır. Ölkə rəhbəri son aylar ərzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərini vətəndaşları incitməmələri barədə xəbərdar etsə də, bəziləri sanki özlərini eşitməzliyə vurublar. Belə ki, onlar prezidentin tənqidlərinə ötəri münasibət bəsləyərək özlərinin təyin etdiyi "qanunlarla" idaretmə üsulu yaratmağa çalışırlar.
Belə olan təqdirdə də vətəndaşlar bir sıra problemlərin əlində aciz qalırlar və haqlı şəkildə buna narazılıqlarını bildirirlər. Sosial problemlərin məngənəsində sıxılan, eyni zamanda məmur özbaşınalıqlarından əziyyət çəkən bölgələrimizdən biri də Cəlilabad rayonudur. Rayon sakinlərinin mətbuata ünvanladıqları müraciətlərdə qeyd edilir ki, İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşlara saymazyana rəftar göstərərək özünü sanki rayonun sahibi kimi aparmaq istəyir: "Axır zamanlar rayonda özbaşınalıqların daha da artması insanların etirazı ilə nəticələnib. Rayon sosial problemlərin əsirinə çevrilib. Cəlilabadda insanların normal yaşaya bilməsi üçün heç nə yoxdur. İnsanlar nə edəcəklərini, hara gedəcəklərini, kimdən kömək istəyəcəklərini bilmirlər. Bura bir qrup məmurun şəxsi qazanc mənbəyidir. Rayonda fəaliyyət göstərən müxtəlif dövlət idarə və müəssisələrində qanunsuzluqlar baş alıb gedir. İcra başçısı bunlara bir dəfə də olsa reaksiya verib, nəysə ölçü götürmür. Biz icra başçısının qəbuluna düşüb ona sözümüzü deyə bilmirik. Camaat çox pis vəziyyətdə yaşayır. Cəlilabadın elə kəndləri var ki, icra başçısı illərlə ora ayaq basmır. Həmin kəndlərin sakinləri ağır şəraitdə yaşayırlar. Rayonun gözə görünən yerlərini təmir etməklə iş bitmir. Ən böyük problem işsizliklə bağlıdır. Televiziyada göstərirlər ki, rayonda filan qədər iş yerləri açılıb. Nədənsə bizim bundan xəbərimiz yoxdur. Çünki həmin iş yerlərində ancaq Əziz Əzizovun və digər məmurların yaxınları işlə təmin ediliblər". Şikayətçilər daha sonra müraciətlərində söyləyirlər ki, son 7 il ərzində, daha dəqiq söyləsək, icra başçısı rayona rəhbərlik etməyə başlayandan sonra Cəlilabadın mərkəzində və turizm bölgələrində bir qarış da boş yer qalmayıb: "İcra hakiminin tapşırıqlarını yerinə yetirən xüsusi adamlar rayondakı boş torpaqların hamısını satıblar.
Hətta rayonun şimal hissəsində qəbristanlıq üçün nəzərdə tutulan ərazi də pay torpağı kimi vətəndaşlara satılır. Bununla yanaşı, rayon təhsil şöbəsinin qarşısı, uşaq bağçalarının əraziləri, avtobus dayanacaqları da kommersiya obyektləri yaratmaq üçün satılıb. Başçının qanunsuz işlərinə "dur" deyən yoxdur. Prezident rayona səfər edəndə başçı ona bildirdi ki, abadlıq işlərini Rayon İcra Hakimiyyəti həyata keçirib. Bu yalan idi. Ona görə ki, rayonda görülən bütün təmir-tikinti işlərinin maliyyə hesabını sahibkarlar ödəyib. Rayon rəhbəri onları təyinatlarından kənar işlərə məcbur edir. Bu da sonda sahibkarlığın inkişafdan qalmasına gətirib çıxarır. İcra başçısı 1996-2006-cı illərdə bizneslə məşğul olub. Bu gün də biznes maraqlarından qalmayan başçı rayonun ayrı-ayrı yerlərində ticarət obyektləri tikdirib.
Onun həmçinin Bakıda və Sumqayıtda da biznes şəbəkəsi mövcuddur". Məlumata əsasən, adıçəkilən məmur komitə sədrlərindən biri ilə şərikli olaraq rayonda spirtli içki sahəsini də monopoliyaya almağa nail olub: "Rayonun Alar kəndində sabiq nazir Fərhad Əliyevin adamlarına məxsus bəzi obyektlər, torpaq sahələri və üzüm bağları icra başçısının əlinə keçib. İcra başçısının fəaliyyəti ərzində Cəlilabadda saxta araq biznesi və qanunsuz spirtli içkilərin hazırlanması çoxalıb. Həmin içkilər daha çox Şirvan və Muğan zonalarındakı şadlıq evlərinə satılır". Qeyd olunan məlumatlardan sonra bu qənaətə gəldik ki, artıq Əziz Əzizovun Cəlilabadda vəzifəsini davam etdirməsi qeyri-mümkün olan bir işdir. Hesab edirik ki, yuxarı dairələr icra başçısının fəaliyyətini hərtərəfli yoxlayaraq onun postundan alınması barədə qərar qəbul edəcəklər.
Xalid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabad İcra Hakimiyyətində «saraydaxili çəkişmə»

    Cəlilabad İcra Hakimiyyətində «saraydaxili ...

    21-12-2012, 12:49

  • 
  • Ağstafa RİH başçısı müavininin oğlundan ilginc fotolar

    Ağstafa RİH başçısı müavininin oğlundan ilginc ...

    27-04-2015, 21:22

  • 
  • Siraqəddin Cabbarov PA-ya çağırılıb

    Siraqəddin Cabbarov PA-ya çağırılıb ...

    10-04-2014, 10:22

  • 
  • Cəlilabadın icra başçısı səyyar görüş keçirdi...

    Cəlilabadın icra başçısı səyyar görüş keçirdi... ...

    29-04-2016, 01:34

  • 
  • Cəlilabadın biznesmen icra başçısı...

    Cəlilabadın biznesmen icra başçısı... ...

    26-07-2014, 18:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu