Layihə Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Azərbaycanda qanunsuz olaraq qeysəriyyə kəsiyi əməliyyatının aparılması ilə bağlı ciddi cəzalar müəyyənləşir. Milli Məclisdən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 38-7 maddəsinin əlavə olunması müzakirəyə çıxarılacaq. Maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.
Layihə Milli Məclisin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Sorğu
Yeni dizaynımız necədir?