Hadı Rəcəbli Milli Məclisin bugünki iclasında bu barədə danışıb
Azərbaycan "Qeysəriyyə kəsiyi əməliyyatını qeyri-qanuni aparanlar məsuliyyətə cəlb olunacaq." ANS PRESS-in verdiyi məlumata görə, bu barədə sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Milli Məclisin bugünki iclasındakı çıxışında məlumat verib.
Onun sözlərinə görə, dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına imkan verəcək.
Yeni dəyişikliyə əsasən, qeysəriyyə kəsiyinin əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilir və bu icazə tibb müəssisələrinə müvafiq icra hakimiyyəti tərəfindən verilir.
Layihə Milli Məclisdə səsə qoyulub və sonda qəbul olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?