İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı: "İki-üç günə siz onları azadlıqda görəcəksiniz"
Aprelin 30-da Təbrizdə həbs edilmiş azərbaycanlı alim Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov həbsdən azad ediliblər və yaxın günlərdə Azərbaycana göndəriləcəklər. Bu barədə ANS TV-yə müsahibəsində İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı deyib. Onun sözlərinə görə, saxlanılmış şəxslərin hələ də Azərbaycan tərəfinə təhvil verilməməsi sənədləşmə işləri ilə bağlıdır. "Ümid edirəm ki, iki-üç günə siz onları azadlıqda görəcəksiniz. Bu İran İslam Respublikasının qəti qərarıdır", - deyə nazir müavini əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?