GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Demokratiyaya qurban gedən nəsil

Demokratiyaya qurban gedən nəsil

Tarix: 10-12-2012, 16:01 Bölmə :Ölkə Baxış: 603
Demokratiyaya qurban gedən nəsil
Günləri mitinqlərdə, qovğalarda və qaçdı-tutduda keçirən 80-ci illərin nəsli artıq ömrün xəzan dövrünə qədəm qoyur

Ad günləri hərəyə bir cür təsir edir. Adamlar var ki, onu sevir və təmtəraqla keçirir. Amma məni ad günləri diksindirir. Zamanın sürətindən qorxuram. Bir vaxtlar zaman mənə çox üzücü, yorucu görünürdü. İndi isə lap güllədən iti cıdır atlarını xatırladır...

Nakam nəsil
Deyəsən, bir az lirikaya qapıldım. Amma bunun da səbəbi var - 80-ci illərin nəsli artıq ömrün xəzan dövrünə qədəm qoyur. Onlar bir qədər nakam nəsildir. Günləri mitinqlərdə, qovğalarda və qaçdı-tutduda keçdi, çox arzuları ürəklərində qaldı, özlərini istədikləri kimi reallaşdıra bilmədilər, daim «yarımçıqlıq» tənəsini yaşadılar. Onların yaza bilmədiyi ən böyük əsər, oynaya bilmədiyi ən böyük rol, çəkə bilmədiyi ən gözəl film, isbat edə bilmədiyi ən çətin teorem azad cəmiyyət və demokratik dövlət ola bilərdi. Amma bu əsəri onlardan oğurladılar, özü də hissə - hissə, əzab verə - verə oğurladılar. Nəsillərin qarşıdurmasında həm də nəsillərin qisasını görürəm. Bəlkə də indi deyəcəyim fikir bir qədər mübahisəli görünəcək. Amma düşünürəm ki, ölkədə son illərdə yaşanan uğursuzluq, geriləmə və tərəddüd «homosovetikus» qiyamının nəticəsidir. Bizim cəmiyyət çox mühafizəkar cəmiyyətdir. Elə dönəmlər olur ki, mühafizəkarlıq fayda da verə bilir və ona haqq qazandırmaq da olur. Böyük hesabla isə tərəqqinin, müsbət dəyişikliyin qarşısını alır mühafizəkarlıq. Bütöv bir nəsil ömrünü mühafizəkarların müqavimətini qırmağa və dəyişiklikləri həyata keçirməyə sərf etdi. Di gəl ki, öz poqonlarındakı beşguşəli ulduzu səkkizguşəli ulduzla əvəz etməklə dəyişdiyini, müasirləşdiyini zənn edən mühafizəkarlar buna imkan vermədi. Ona görə də indi elə situasiya yaranıb ki, bizim üçün ən çətin sual «Hansı quruluşda, hansı dövrdə yaşayırıq?» sualı olub. Ona cavab verə bilmirik, çünki cavabımız ömrümüzün ən qiymətli hissəsinin üstündən xətt çəkmək və əbəs yerə yaşadığımızı etiraf etmək olardı. Doğrudanmı, bu qədər əziyyət, narahat günlər əbəs olub? Doğrudanmı, növbəti nəsillərə hər şeyi təzədən başlamaq lazım gələcək? Yeganə təsəlliverici detal budur ki, başqa ölkələrin və millətlərin də tarixində belə olub Fransada, səhv etmirəmsə, dördüncü respublikadan danışırlar. Bizim də üçüncü respublikanı qurmaq cəhdimiz uğursuz oldu, o, bizim istədiyimiz kimi, arzularımıza adekvat olmadı. Amma nə etmək olar? Bir çox hallarda arzularımızı deyil, taleyimizi, qismətimizi yaşamalı oluruq, baxmayaraq ki, bu qismət sözünü heç sevmirəm və təqdir etmirəm. Daha bir təsəlli budur ki, göstərməyə, nümayiş etməyə bir şey olmasa da, xatırlamağa, yada salmağa çox şey var. Bu, bir az sakitləşdirir, toxdadır. Yenə də yadıma Fransa düşür. Bu gün nədənsə bu ölkə məndən əl çəkmir. Fransızların yaddaşında Vaterloo da var, faşist işğalı da. Biri digərini unutdura bilirmi? Ona görə də əbəs yerə demirlər ki, adam nə qədər pessimist olursa - olsun, axırda optimizmlə bitirir, xüsusən də yazı adamı.

Ümüd nəsli
Mən indiki gəncləri ümid nəsli adlandırıram. 80-ci illərin nəslinin edə bilmədiklərini onlar etməli olacaq. Bəlkə də bu yaxşıdır, əks halda onların həyatında boşluq olardı. Mən bu üzücü boşluğu ilk dəfə sovetlər dönəmində M. Khutsiev-in «İyul yağışı» filmində duymuşdum. İndi başqa dönəmdir. Di gəl, gənclik yenə də axtarışdadır. Əminəm, bu axtarışın nəticəsi dördüncü respublika olacaq. Sonuncu mitinqdə həbs edilən gənclər tədricən azad olur.
Onların çıxışlarını, yazılarını oxuyuram və kim ümidsizdirsə həmin bu yazıları oxumağı tövsiyə edirəm. Məhbəs həyatından elə yüngüllüklə və elə problemsiz danışırlar ki, adam bu yaşında həbs olunmaqdan qorxduğuna görə lap xəcalət çəkir. Onlar dördüncü respublikanın qəhrəmanları olacaq. Bu, heç də tarixi yükü tələsik başqa nəslin üstünə atmaq demək deyil. Biz onlarla bir olacağıq. 80-ci illərin sonunda, ilk mitinqlər zamanı birinci milli bayrağı qoca bir qadın tikmişdi. Biz də heç nə bacarmasaq da bayraq tikəcək və onlarla bir sırada dayanacağıq.

Mübarizə davam edir
Bu yazını bir nəslin təslim olması kimi başa düşmək lazım deyil. İnsan ən son ana qədər çarpışır, ən son anadək sözünü deməyə çalışır. 80-ci illərin nəsli də belədir, onlar hələ çarpışır, hələ mübarizə aparır. Başqa cür ola da bilməz. Axı dördüncü respublikanın gəlişi üçün zəmin hazırlamaq lazımdı.
Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Günün qoroskopu: 23 İyul 2016

    Günün qoroskopu: 23 İyul 2016 ...

    23-07-2016, 01:35

  • 
  • “Şamaxı təhsilinin Səadətli günləri” başlıqlı yazıya təkzib

    “Şamaxı təhsilinin Səadətli günləri” başlıqlı ...

    29-11-2013, 20:31

  • 
  • Obamanın ayrı qala bilmədiyi stəkanı (FOTO)

    Obamanın ayrı qala bilmədiyi stəkanı (FOTO) ...

    17-11-2015, 12:46

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (94)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu