Səbail Rayon Polis İdarəsinin Mühafizə Şöbəsinin Mahir adlı əməkdaşının axtarışına çoxlu sayda həmkarı cəlb olunub, evi nəzarətə götürülüb
Bakı Şəhər Baş Polis İdarəsinin Səbail Rayon Polis İdarəsinin Mühafizə Şöbəsinin Mahir adlı əməkdaşı xidməti başa vurduqdan sonra ona təkim edilmiş tabel silahı təhvil verməyərək yoxa çıxıb. Hazırda Mahirin daimi yaşadığı Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsindəki evi polis işçiləri tərəfindən mühasirəyə alınıb. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, polis işçilərinin bir neçəsi Mahirin yaşadığı mənzildən bir addım da olsun qirağa çəkilmir. Deyilənə görə, onlar Mahirin gəlib evdə hansısa hadisəni törədə biləcəyindən ehtiyat edirlər. Mahirin əsasən mülki obyektlərin mühafəzəsi ilə məşğul olduğu bildirilir. Onu sonuncu dəfə Sabuncu rayonu ərazisində olan kafelərdən birində sərxoş vəziyyətdə görüblər. Ətrafda yaşayanlar Mahirin bərk içki alüdəçisi olduğunu söyləyir. Belə adama tabel silahın necə etibar edilməsi də olduqca maraqlı görünür. Xatırladaq ki, əslən Beyləqan rayonundan olan Mahirin Tahir adlı qardaşı Azərbaycanda ən iri dərman depolarından birinin sahibidir. Onun Məzahir adlı digər qardaşı isə restoran biznesində olan tanınmış şəxslərdəndir. Hazırda Mahirin hər iki qardaşının da polis nəzarətinə götürüldüyü bildirilir. Mahiri tanıyan adamların verdiyi məlumata görə, spirtli içkilərə meyilli olması səbəbindən qardaşların heç biri onunla danışmır. Maraqlıdır ki, Mahirin axtarışı ilə ciddi məşğul olan polis işçiləri nədənsə onun hansısa cinayəti törədə biləcəyindən ehtiyat edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?