Müsavat başqanın əyləşdiyi avtomobilin sürücüsünün etibarnaməsinin vaxtı keçibmiş
Dünən Qəbələ rayonunda polis Müsavat Partiyasının lideri İsa Qəmbərin avtomobilini saxlayıb. Avtomobil cərimə meydançasına aparılıb. Bu barədə Gündəm Xəbər.az-a partiya sədrinin müavini Gülağa Aslanlı bildirib. O qeyd edib ki, partiya rəhbərlərindən ibarət qrup təşkilat sədrinin müavini Arif Hacılının anasının vəfatının ildönümündə iştirak etmək üçün Zaqatalaya gedirmiş. Polis maşının saxlanmasını yol hərəkəti qaydalarının pozulması ilə izah edib, lakin hansı pozuntuya yol verildiyini açıqlamayıb. Maşında olanlara bir saat ərzində yola davam etmələrinə imkan verilməyib. Bundan sonra polislər bildiriblər ki, avtomobilin sənədlərində nəsə düzgün deyil. İ.Qəmbər və onu müşayiət edən şəxslər başqa maşınla yollarına davam ediblər. Qeyd edək ki, bundan əvvəl də polis İ.Qəmbərin regionlara səfəri zamanı onun maşınını əsassız olaraq saxlayıb. Analoji hadisə iki dəfə Lənkəranda baş verib. Belə ki, hakimiyyət hakim partiyanın fəalları və İcra Hakimiyyətinin nümayəndələri ilə əməliyyat keçirib. Onlarla adam yolları bağlayaraq İ.Qəmbərin gəlişi ilə bağlı “xalqın qəzəbini və narazılığını” nümayiş etdirib.Bildirək ki, Baş Dövlət Yol Polisi İdarəsi içərisində Müsavat Partiyasının başqanı İsa Qəmbərin olduğu avtomobilin yol polisi əməkdaşları tərəfindən saxlanılmasına aydınlıq gətirib.İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, içərisində İsa Qəmbərin də olduğu avtomobilin sürücüsü surət həddini aşdığı üçün Qəbələ rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün sənədləri yoxlanılarkən onun həmin avtomobili idarə etmək üçün etibarnaməsinin vaxtının keçdiyi məlum olub və avtomobilin sahibi orada olmadığı üçün həmin avtomobil cərimə meydançasına aparılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?