Polis etirazçılara Ərdoğanın iqamətgahına yaxınlaşmağa imkan verməyib Taksim meydanında toplaşan aksiya iştirakçılarının böyük bir qrupu gecə saatlarında Beşiktaş meydanına irəliləməyə cəhd edib, lakin polis bunun qarşısını alıb. Türkiyə KİV-lərə istinadən xəbərə görə, nəticədə yürüş iştirakçıları ilə polis arasında toqquşma baş verib. Polis aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə, öz növbəsində, polisi daş-qalaq edib. Polisin müdaxiləsindən sonra aksiya iştirakçıları qruplara bölünərək ara küçələrə, Barbaros bulvarı, Çırağan sarayı və baş nazirin iqamətgahı olan Dolmabağça sarayı tərəfə istiqamətləniblər. Polis qüvvələri isə onları təqib etməyə başlayıb. Aksiya iştirakçıları küçələrdə səki daşlarından və yerə döşənən daş plitələrdən istifadə edərək barrikadalar qurmağa başlayıb. Bəzi etirazçılar ərazidə yerləşən iaşə və ticarət obyektlərinin şüşələrini qırıb, dükanlara zərər yetirib. Bu səbəbdən aksiya iştirakçıları ilə dükan sahibləri arasında da bir neçə toqquşma baş verib. İğtişaşlar zamanı bir polis maşını da yandırılıb. Polis etirazçılara Ərdoğanın iqamətgahına yaxınlaşmağa imkan verməyib. Polis aksiya iştirakçılarını dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Baş vermiş toqquşmalarda xəsarət alan etirazçı və polislər xəstəxanalara çatdırılıb.
Sorğu
Yeni dizaynımız necədir?