İstanbulun Taksim meydanında gərginlik artır. Milliyet-ə istinadən məlumata görə, İstiqlal prospekti və Tarlabaşını döyüş meydanına çevirən etirazçılar zibil yeşiklərini çevirərək od vurublar. Polis isə öz növbəsində havaya fişəng ataraq etirazçıları ərazidən uzaqlaşdırmağa çalışır.
Bibər qazının təsirindən ara küçələrə səpələnən etirazçılar isə toplanaraq yenidən Taksimə doğru hərəkə edirlər. Polis helikopteri meydanın üzərində uçaraq əraziyə nəzarət edir. Polisin bibər qazı müdaxiləsindən sonra bir nəfər yaşlı şəxs huşunu itirərək yerə yıxılıb.
Həmin şəxs əraziyə gələn təcili tibbi yardım maşınına yerləşdirilərək xəstəxanaya göndərilib. Meydanda əmələ gəlmiş yanğını söndürmək üçün əraziyə gələn yanğınsöndürənlərdən bəziləri də qazdan zəhərləniblər. Yanğınsöndürənlərə ilkin yardımı yaxınlıqda olan jurnalistlər göstəriblər. Taksimdə gərginliyin hazırda davam etdiyi bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?