QMİ rəsmisi: “Qadın paltarında səhnəyə çıxmanın hacılığa heç bir dəlaləti yoxdur”
“Məşhur parodiya ustaları Rafael və Coşqunun qadın paltarında səhnəyə çıxması Məkkə ziyarətində olmuş hacılar kimi adlarına heç bir zərər gətirmir”. Bu sözləri Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə status yazan millət vəkili Fazil Mustafa hacı titulu daşıyan aktyorların reklam çəkilişləri üçün qadın paltarı geyinməsinin doğru olmadığını və bu hərəkətlərin onları hörmətdən saldığını bildirib. QMİ-nin şöbə müdiri Hacı Mirəziz Seyidzadə bildirib ki, Həcc ziyarətindən qayıdanlar əslində öz davranışlarında müəyyən dəyişikliklər aparmalıdırlar. “Amma adını çəkdiyiniz məşhur parodiya ustaları Rəfael və Coşqunun qadın paltarı geyinib reklama çəkilməsi, yaxud da hər hansı qadın obrazında rol oynamalarının hacılığa heç bir təsiri yoxdur. Bunlar artistdirlər və öz sənətini, işini yerinə yetirirlər”. Mirəziz Seyyidzadə qeyd edib ki, bir ruhani kimi burada pis heç nə görmür. “Aktyorun rolda qadın paltarı geyməsi o demək deyil ki, o qadındır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?