2016-ci ildə Rusiyanın nümayəndəsi Boris Qrızlov Kiyevə gəlib Ukrayna Prezidenti Pyotr Poroşenkoya Vladimir Putinin ultimatumunu çatdırdı.
Bunu Ukrayna mətbuatına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. “Ultimatumda mənim vəzifədən çıxarılmağım barədə tapşırıq var idi. Putin mənim Odessada olmağımdan çox narahat idi. 2016-cı ilin yayında o, Federal Təhlükəsizlik Xidmətinin xüsusi qrupunu Odessaya göndərərək, mənim mənzilim ətrafındakı bütün iqamətgahları çəkdirdi ki, mənimlə bağlı nəsə kompromat aşkarlasın. Daha sonra bu qrup geri çəkildi. Ona görə ruslar mənim qubernatorluqdan çıxarılacağımla bağlı zəmanət almışdılar”, – Saakaşvili bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?