Dekabrın 6-da Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə proses başa çatıb. “Media forum” saytı xəbər verir ki, Qurban Məmmədova hökm oxunub. O, yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qurban Məmmədov bu il iyunun 4-də tutulub.
1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarındandır. Uzun illər vəkilliklə məşğul olub, siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbsdə yatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?