Abşeron rayonu Saray qəsəbəsində yaşayan jurnalist Ağaşirin Məmmədlinin evi yarılıb.
Zərərçəkmiş bildirib ki, hadisə avqustun 2-dən 3-nə keçən gecə baş verib. Həmin vaxt o, ailəsilə birgə Gəncə şəhərində olub. Oğrular A.Səmədov küçəsi-26 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin pəncərəsindəki dəmir barmaqlıqları qıraraq, içəri daxil olublar. Naməlum şəxslər jurnalistin övladına məxsus 200 manat dəyərində qızl boyunbağını, 100 manat dəyərində bijüteriyanı və 200 manat dəyərində peyk antennasının avadanlığını aparıblar. “Həmin əşyaları aaprmaqları bir yana, 2000 manat dəyərində olan televizoru da sındıraraq əzib, gediblər”,-deyə A.Məmmədli bildirib. Hadisə ilə əlaqədar Abşeron rayon Polis İdarəsinə şikayət olunub. Zərərçəkmiş deyir ki, polisin oğruları tapacağına ümid edir. A.Məmmədli əvvəllər “Avrasiya” və bir sıra qəzetlərdə çalışıb. Hazırda “Ekspert” qəzetinin əməkdaşıdır./Modern.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?