Vəkil Qurban Məmmədov həbs olunub. Bu barədə onun həmkarı Namizəd Səfərov sosial şəbəkədə xəbər paylaşıb.
N.Səfərovun yaydığı məlumata görə, Qurban Məmmədov barəsində həbs qərarı çıxarmaq üçün Nəsimi rayon məhkəməsinə aparılıb və ona Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Q. Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bu gün Q.Məmmədov öz facebook səhifəsində aşağıdakı qeydləri edib: "Rejim mənim həbsimə sanksiya verib. Uydurma şahidlərlə məni həbs etmək istəyirlər. Mübarizəmin həbs mərhələsi başlaya bilər. Hamı bilsin ki, bu rejimə qarşı mübarizədən döndü yoxdur"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?