Çərşənbə axşamı prezident İlham Əliyev mayın 14-də ölkə Cİnayət Məcəlləsinə etdiyi düzəlişlər barədə qanun qəbul edib. Bu düzəlişlər İnternetdə böhtana və təhqirə cinayət cəzasını nəzərdə tutur.
147-ci maddənin yeni redaksiyasında böhtan aşağıdakı anlamda verilir – şəxsin açıq çıxışlarda, nümayiş etdirilən əsərlərdə, KİV və ya İnternetdə informasiya resurslarında kütləvi nümayiş zamanı şərəf və ləyaqətini, onun reputasiyasını nüfuzdan salan yalan məlumatların qəsdən yayılması.
Cərimə əvvəlki kimi qalır – 100 manatdan 500 manatadək, 240 saatadək ictimai iş və ya 1 ilədək icbari iş və ya 6 ay azadlıqdan məhrumetmə. Ağır cinayətlər törədilməklə böhtan 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
148-ci maddəyə düzəlişə görə, başqa şəxsin açıq çıxışlarda, nümayiş etdirilən əsərlərdə, KİV və ya İnternetdə informasiya resurslarında kütləvi nümayiş zamanı ədəbsiz formada şərəf və ləyaqətinin alçaldılması təhqir sayılır.
Sanksiya əvvəlkitək qalır – 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai iş, 1 ilədək icbari iş və ya 6 ay azadlıqdan məhrumetmə.
Qeyd edək ki, bu düzəlişlər yerli və beynəlxalq demokratik ictimaiyyətin etirazına səbəb olub. Belə ki, bu, İnternetdə ifadə azadlığına təhlükə törədir. Azərbaycan və xarici QHT-lər prezidenti mürtəce düzəlişləri imzalamamağa çağırıb. ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və Avropa Şurası insan hüquqları üzrə komissar Nils Muyjnieks də belə çağırışla dövlət başçısına müraciət edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?