"Cinayəti bilib gizlədibsə, cinayət məsuliyyəti daşıyır" Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxaq Universitetinin Fransada mühacir həyatı yaşayan sabiq rektoru Elşad Abdullayev yaydığı sonuncu müraciətində də yetərincə maraqlı məqamlara toxunub. Sözügedən müraciətin ən diqqətçəkən hissəsi isə əməkdar artist Mətanət İsgəndərli ilə bağlıdır:
”Mətanət Məmmədəli qızı İsgəndərli 10-cu ildir ki, Mahirin oğurluq cinayətini bilə-bilə gizlətdiyinə görə, istintaqı aldatdığına və yalan ifadə verdiyin görə Cinayət Məcəlləsi ilə ağırlaşdırıcı hal kimi cinayət məsuliyyətinə cəlb olunmalıdır. Eyni zamanda, həyatı təhlükə altındadır, bu cinayəti açmadığına görə onu da Sevinc Babayeva sayağı izsiz-tozsuz yox edib qanını batıracaqlar”- deyə E.Abdullayev bildirib.
Əgər E.Abdullayevin irəli sürdüyü ittihamlar təsdiqlənərsə, əməkdar artisti hansı cəza gözləyə bilər?
Tanınmış hüquqşünas Aslan İsmmayılov Modern.az-a açıqlamasında bildirib ki, cinayəti bilib gizlədən istənilən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər: "Cinayəti bilib gizlədibsə, cinayət məsuliyyəti daşıyır. Bu təsdiq olunarsa, Mətanət İsgəndərli həbs oluna bilər”.
Qeyd edək ki, Cinayət Məcəllləsinin 144-cü maddəsinə (adam oğurluğu) əsasən bu əməli törədən şəxsləri beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
144.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə; 144.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; 144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 144.2.4. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 144.2.5. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə; 144.2.6. tamah məqsədi ilə və ya sifarişlə törədildikdə — səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 144.3. Bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda — on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.
Sorğu
Yeni dizaynımız necədir?