GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Biləsuvarda «dərə xəlvət tülkü bəy» prinsipi

Biləsuvarda «dərə xəlvət tülkü bəy» prinsipi

Tarix: 11-12-2012, 12:32 Bölmə :Ölkə Baxış: 902
Biləsuvarda «dərə xəlvət tülkü bəy» prinsipi

İcra başçısı Mahir Quliyev rayonu ofisiant təfəkkürü ilə idarə edir

gundemxeber.az
Azərbaycanın bütün bölgələrində olduğu kimi Biləsuvarda da dərəbəylik hökm sürür. Yerli məmurlar başda icra başçısı Mahir Quliyev olmaqla «dərə xəlvət tülkü bəy» prinsipinə sadiq qalaraq rayonu çapıb-talamaqla məşğuldur. Artıq biləsuvarlılar icra başçısı və onun əhatəsində olan məmurların özbaşınalığından cana doyub.
Kənd təsərüffatı naziri İsmət Abbasovun dəstəyi ilə Astaradan Biləsuvara icra başçısı trasfer olunan Mahir Quliyevin qanunsuzluqları ilə tanış olun.

İcra başçısı yoxsa, ofisiant

Saytımıza rayon sakinlərindən daxil olan məlumatlara görə, ofisiant təfəkkürlü Mahir Quliyev hesab edir ki, icra başçılarının vəzifəsi rayonların sosial iqtisadi inkişafı üçün ayrılan pulları mənimsəməkdən, haqsızlığa etiraz edənlərə isə hədə-qorxu gələrək onları susdurmaqdan ibarətdir. Bu adamın fəaliyyətində o qədər neqativ hallar var ki, saymaqla qurtarmır. Mahir Quliyevin «uğurlu» fəaliyyətində bir neçə məqamı oxucuların diqqətinə çatdırmaqla onlarda bu adamın Biləsuvarı necə idarə etdiyi barədə təsəvvür yarada bilərik. Başlayaq rayonda abadlıq işlərindən. İcra başçısı Biləsuvarda abadlıq adı altında rayonun musiqi kollecinin qarşısında bulaq tikdirmək istəyib. Kollecin ətrafını qazdırıb xaraba günə qoyan icra başçısı sonradan bu fikrindən daşınıb. Məlumatlara görə, sözügedən bulağın tikilməsi üçün Mahir Quliyev rayonun idarə və müəsissə rəhbərlərindən yaxşı vəsait yığa bilib. Elə bu baxımdan Mahir Quliyev nəfsini saxlaya bilməyərək bu pulları həzm-rabedən keçirib. Beləliklə də bulaq indi dönüb olub «kor bulaq». Biləsuvarlılar məhz kollecin qabağını belə adlandırırlar.
Aerodrom və Pambıq zavodunun yanında yeni salınmış məhəlləyə su çəkilməsi ilə bağlı ayrılan milyonlarla manat vəsait də eyni aqibəti yaşayıb. Mahir Quliyev bu pulları gedər-gəlməzə göndərərək məhəllə sakinlərini susuz qoyub. Bu əməli ilə də Yezidə rəhmət oxutdurub. İndi məhəllə sakinləri məhərrəmlikdə Yezidi qoyub Mahir Quliyevə lənət oxuyurlar.

Biləsuvarın acgöz «əmilər»i

Biləsuvarda uşaq bağçaları adına büdcədən xeyli miqdarda vəsaitlər mənimsənilir. Sənədlərdə bu pulların ərzaqa sərf edildiyi göstərilsə də uşaqlar yeməyi özləri ilə gətirirlər. Zavallı uşaqlar da bilir ki, onların yeməyini acgöz «əmilər» çırpışıdırırlar.
Biləsuvarda təhsil də bərbad vəziyyətdədir. Bu sahə Mahir Quliyevin ən gəlirli sahəsidir. İcra başçısı təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovla əlbir olub qaz vurub-qazan doldurur. Məsələn güya məktəblərdə şagirdlərə əlavə məşğələlər keçirilməsi adı altında büdcədən vəsait ayrılır. Halbuki nə belə bir məşğələ var, nə də ki, o məşğələyə gələn. Çünki şagirdlər süpürgə pulu, «remont pulu» və s.pulların ucbatından dərsə gəlmir. Mahir Quliyevin fəaliyyəti nəticəsində biləsuvarlılar elə günə düşüblər ki, heç övladlarını məktəbə göndərmək üçün dəftər-qələm almağa pulları çatmır.

Biləsuvarın korrupsiya bataqlığında batan xəstaxanası

Daxil olan məlumatlarda bildirilir ki, rayonun səhiyyə sahəsi təhsildən də acınacaqlı haldadır. İcra başçısının səhiyyə və mədəniyyət işləri üzrə müavini Mirnəsib Kazımov və Mərkəzi Xəstəxananın baş həkimi Şamil Cəfərov xəstəxanada elə bir qanun qoyublar ki, bir bura düşən sevinir, bir də çıxan. Necə deyərlər «həkimlər xəstənin yarasını tikənə qədər xəstə sahibinin cibininin tikişi sökülür». Xəstəxanada müalicə alan xəstələr adətən sağalmır, əksinə vəziyyətləri daha da ağırlaşır. Çünki xəstəni həkimlər elə bir kökə salırlar ki, zavallı xəstələr xastaxananı qoyub qaçmalı olurlar. Yada ki, ev-eşiklərini satıb müalicələrini davam etdirməlidirlər. Xəstəxananın təmirinə dəfələrlə vəsait ayrılsa da nədənsə «yox»a çıxıb. baş həkim Şamil Cəfərov ayırlan vəsaiti təyinatı üzrə xərcləməyib. Binanı yalnız kosmetik təmir etməklə gözə kül üfürmək istəyən Şamil Cəfərovun bu arzusu isə baş tutmayıb. Az müddət sonra divarlara vurulan suvaq tökülməyə başlayıb. Qısaca onu bildirək ki, adıçəkilən şəxslərin rəhbər vəzifələrdə olması Biləsuvarı Azərbaycanın ən «səfalətli» bölgəsinə çevirib. Əgər bu adamlar bir iki il də vəzifədə qalsalar onda Biləsuvarda daşı daş üstə qoymayacaqlar. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər.
Mahir Quliyevin Biləsuvardakı əməlləri ilə bağlı araşdırmalarımızı davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi

    İşdən çıxarılan icra başçısı Azərbaycandan getdi ...

    14-03-2016, 13:52

  • 
  • Füzulinin icra başçısı Bakıya niyə çağırılıb?

    Füzulinin icra başçısı Bakıya niyə çağırılıb? ...

    30-03-2014, 21:45

  • 
  • Salyanın icra başçısı dəyişdirilir…

    Salyanın icra başçısı dəyişdirilir… ...

    26-02-2016, 13:53

  • 
  • İcra başçısı 23 bələdiyyəyə xərac kəsib

    İcra başçısı 23 bələdiyyəyə xərac kəsib ...

    8-11-2013, 14:41

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    11-09-2014, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu