GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sumqayıt liftlərində maxinasiya düyməsi

Sumqayıt liftlərində maxinasiya düyməsi

Tarix: 11-12-2012, 12:44 Bölmə :Ölkə Baxış: 2 002
Sumqayıt liftlərində maxinasiya düyməsi

«Azər-lift Servis»in Sumqayıt İdarəsiinin rəisi Cümşüd İmiyevin idarəçilik qaydaları


gundemxeber.az «Azər-lift Servis»in Sumqayıt regional idarəsində işçilərlə rəis Cümşüd İsmiyev arasında çoxdandır ki qalmaqal yaşanmaqdadır. Sumqayıt şəhəri, 9-cu mikr. Heydər Parkı ilə üz-üzə yerləşən idarə kənardan da bədbin bir görkəm almışdır. Redaksiyamıza müraciət edən və adının çəkilməsini istəməyən idarə işçisinin sözlərinə görə uzun müddətdir ki, burda əməkhaqqı verilmir «4 aydır ki, aylıq məvacibimizi (85 AZN) ala bilmirik. İdarənin büdcəsi 50 faiz Mənzil İstismar İdarəsindən ayrılan vəsait heabına, digər 50% isə Baş İdarədədən köçürülür».
Mənbəmizin sözlərinə görə, «Azər-lift Servis»in Sumqayıt regional idarəsindəki qanunsuzluqlar yalnız əməkhaqqının verilməməsi ilə yekunlaşmır: «Təlimata əsasən hər bir lift nəzarətçisi 2-3 liftə nəzarət edə bilər. Hal-hazırda nəzarətçilər 9-10 lifti nəzarətə götürüblər. İşçilər normativ 8 saat əvəzinə 16 saatadək işlədilirlər». İşçilərdən aldığımız məlumata görə ötən günlərdə rəis Cümşüd İsmiyev sahə ustalarını bir araya toplayaraq işçilərin 80%-ni öz hesablarına məzuniyyətə göndərilməsi haqqında siyahını kadrlar şöbəsindən tələb etmişdir. Bu hal baş verərsə hər bir lift nəzarətçisi təqribən 25 liftə baxmalı olacaq.
Bu da təkcə daxili təlimatın yox, həm də əmək qanunvericiliyinin kobud surətdə pozulması deməkdir. Bundan da zərər çəkən yenə xüsusiylə üst mərtəbələrin sakinləri olan ahıl, xəstə insanlar olacaq. Rəis bildirmişdir ki, əmək haqlarının verilməməsini Sumqayıt İH Başçısı Eldar Əzizov da bilir. O, başçının da bu işdən xəbərdar olmasını bir daha vurğulayıb. Son toplantıların birində rəis barmağıyla hamını hədələyərək: «Hamınızı işə mən qəbul etmişəm. İdarə mənimdir. Kimin xoşu gəlmir öz xoşuyla ərizəsini yazıb çıxıb gedə bilər!»- deyib.
«Azər-lift Servis»in Sumqayıt regional idarəsinin rəhbəri 4 ay işçilərə maaş verməməsinə baxmayaraq lift nəzarətçiləri tərəfindən sakinlərdən yığılmış 35-40 manat pulu təcili olaraq idarəyə təhvil vermələrini tələb etmişdir. O, işçilərə xitabən: «Bu dövlətin puludur. Verməsəniz sizləri məhkəməyə verəcəyəm!»- söyləyib. Digər bir nəzarətçidən aldığımız məlumata görə isə İsmiyev, üstəlik əvvəllər öz oğlunu özünü müavin kimi işə qəbul da etmişdir. Sonradan Baş İdarənin təftişi sırasında oğul müavin vəzifəsindən azad edilmişdir.
Redaksiyamıza üz tutan idarə əməkdaşı əslində İsmiyevin fəaliyyətində ciddi maxinasiya hallarının olduğunu bildirdi: «Əgər sözügedən idarənin büdcəsi axsayırsa İsmiyevin Sumqayıt şəhərində yeni inşa edilmiş binaların birində eyni mərtəbədə sahibləndiyi iki mənzil, ailənin hər birinin (oğul, qız, ata) istifadəsindəki bahalı avtomobilllər, həmçinin bağ evində tikdirdiyi dəbdəbəli möhtəşəm ev haradandır!?. İşçilərin minimum əmək haqqı ödənilmədiyi halda İsmiyev bu qədər varidatı hansı qanuni yolla əldə edib!?»
Mövzunu diqqətdə saxlayaraq bu suallara növbəti saylarımızda cavab tapmağa çalışacayıq...

Vaqif

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM

    Sumqayıtda köhnə lift qalmayacaq - SƏRƏNCAM ...

    13-10-2015, 18:21

  • 
  • Hacıbala Abutalıbov buna görə günahkardırmı?

    Hacıbala Abutalıbov buna görə günahkardırmı? ...

    12-02-2014, 17:35

  • 
  • Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi lift tikdirir - (Fotolar)

    Bakıda bu da oldu: yaşadığı binada özünə şəxsi ...

    29-10-2014, 21:19

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir - CƏDVƏL

    Elektrik qatarlarının hərəkət qrafiki ...

    23-03-2016, 11:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu