Xalq artistləri – Aygün Kazımova ilə Brilliant Dadaşova arasında baş verən biabırçı dava, ölkədən kənarda yaşayan soydaşlarımızı da narahat edib. Bu məsələ ilə bağlı jurnalist Aida Eyvazova mətbuata müraciət edib, neqativ halların aradan qaldırılması üçün öz tövsiyələrini verib. Xanım jurnalistin müraciətini təqdim edirik: “Əsl xalq artisti Zeynəb Xanlarova idi… Şövkət Ələkbərova, Rəşid Behbudov, Lütfiyar İmanov, Sara Qədimova idi... Bizim sələflərimiz və xələflərimiz onların açıq bədənlərini görmədilər, şilikonla şişən dodaqlarını görmədilər, əməliyyat etdirib çıxarılmış qabırğaları haqqında eşitmədilər... Onlar sənətləri ilə, ədəb-ərkanları ilə xalqa xidmət etdilər. Xalqımızın mentalitetinə şərəfsizlik gətirmədilər. Bəs bu gün nə baş verir? Əynində əyni olmayan artistlər, səsini nə bilim harasından çıxaranlar, fonoqram oxuya-oxuya, studiyalarda özlərinə səs düzəldib "xalq artisti" adı alırlar. Əksər hallarda da bu adı "almaq" üçün kiminsə bığının altından keçirlər. Göstərdikləri də biabırçı bədənləri, makiyajla abıra salınan sifətləridir. Bizim Əvəzxan Xankişiyev kimi Azərbaycan mədəniyyətini uca tutan, özlərini hər məclisdə apara bilən nə qədər dəyərli sənət adamlarımız var. Onları telekanallarımız unudub... Bu lütləri, biqeyrətləri efirə buraxmaqla xələflərimizin tərbiyəsini pozurlar. Mənim yazar və jurnalist həmkarlarım, dostlarım, gəlin, bu hallara qarşı bir məktub hazırlayaq. Deputatların müzakirəsinə verək. Milli dəyərlərin məhv olmasına göz yummaq olmaz! Milli dəyərlərimizi qorumalı, mədəniyyətimizə, tariximizə sahib çıxmalıyıq. Görürsünüzmü son zamanlar muğam oxuyanlarımız bu sahədə uğur qazanırlar. Gərək elə hər işə birinci xanım Mehriban Əliyeva qarışa. Birini də o deməmiş, özümüz eləyək. Buraxmayın efirlərə tərbiyəsi pozulan, mənəviyyatında kasadlıq olan insanları. Yığışdırın efirlərdən bu zibilxana proqramlarını, millətin genefonunu, zövqünü korlamayın!!!”
Xatırladaq ki, Xalq artisti Aygün Kazımova keçmiş sevgilisi meyxanaçı Namiq Qaraçuxurluya görə digər xalq artisti Briliant Dadaşovaya şəkilli ismarıj göndərib. O, “İnstaqram” sosial şəbəkəsində Brilliant Dadaşovanın xiyar yeyərkən çəkilmiş şəklini paylaşıb.
A.Kazımova şəklin altında isə B.Dadaşovanın N.Qaraçuxurlu barədə dediyi sözlərdən sitat gətirib: “Briliant Dadaşova: Namiq çox yaraşıqlı oğlandır””
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?