Üç gənc – AXCP Gənclər Komitəsinin üzvü Türkel Azərtürk və Nida hərəkatının fəalları – Tural Şəkərli və Məhəmməd qurbanov iyulun 15-də saxlanılıb və Səbail rayon 9 saylı polis bölməsinə aparılıb. Gənclər Fəvvarələr meydanında, “Makdonalds” kafesi yaxınlığında kitab oxumağın məşhurlaşdırılması üçün aksiya keçirərkən saxlanılıblar, bu barədə Turan-a AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib.
Onun sözlərinə görə, aksiya videoya çəkilirdi. Aksiya yoldan keçənlərin diqqətini cəlb etdiyi üçün polis iştirakçıları saxlayıb.
Polisdən şərh almaq mümkün olmayıb.
19:56 Aldığımız son məlumata görə, saxlanılan hər üç gənc sərbəst buraxılıb
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?