İcra nümayəndəsi: "Qız müayinədən keçirilib, onun əxlaqsız olması barədə yazılanlar təsdiqini tapmayıb"
Zərdabda son günlər mətbuatda barəsində çoxsaylı yazılar dərc olunan 14 yaşlı qız körpələr evinə yerləşdirilib. Zərdab Rayon İcra Hakimiyyətinin 1-ci müavini Allahverdi Səfərov APA-ya bildirib ki, bəzi internet saytlarında Zərdab rayonunun İkinci Alıcanlı kənd sakini, 1999-cu il təvəllüdlü Lalə Rzayevanın əxlaqsızlıq etdiyinə görə kənd sakinləri tərəfindən kənddən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı araşdırma aparılıb: “Hətta həmin qız müayinədən keçirilib. Lakin onun əxlaqsız olması barədə yazılanlar təsdiqini tapmayıb”.
A.Səfərov onu da qeyd edib ki, L.Rzayeva artıq Gəncə Körpələr Evinə təhvil verilib. Buna səbəb isə azyaşlının himayəsində qaldığı baba və nənəsinin maddi cəhətdən imkansız olması, L.Rzayevanın özünün də körpələr evində yaşamaq istəməsidir: “Azyaşlı ilə söhbətimiz zamanı məlum olub ki, o, televiziya kanallarında göstərilən körpələr evində olan şəraitdən razı qaldığı üçün orda yaşamağa üstünlük verir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?