Kənd sakinlərindən AzNews.az-a verilən məlumata görə, hadisə rayonun Alıcanlı kəndində 15 yaşlı məktəbli qızın üstündə törədilib.
Belə ki, kənd sakinləri Rahim Vəliyev, Fərid Əsədov və adı bəlli olmayan daha iki nəfər arasında mübahisə yaranıb. Əlbəyaxa davada aralarındakı münasibəti çözə bilməyən həmkəndlilər bıçağa əl atıblar.
Rahim Vəliyev üzərindəki bıçaqla həmyerlisi Əsədov Fərid Alim oğluna bir necə zərbə endirib. Bıçaq xəsarəti alan F. Əsədov rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayon Polis Şöbəsi isə faktla bağlı açıqlama vermək istəməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?