Batdığı ehtimal olunan şəxsin axtarışları davam edir
Şirvan şəhərində 1984-cü il təvəllüdlü Səlimova Şərabani Vidadi qızı Kür çayının həmin ərazidən keçən hissəsində intihar məqsədilə özünü çaya atıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Qeyd olunan şəxsin batdığı ehtimal olunur və axtarışlar davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?