Zəlimxan Məmmədli: "Sabir Rüstəmxanlı ilə razılıq əldə olunub"
Dünya Azərbaycanlılar Konqresi İdarə Heyətinin növbəti toplantılarından biri Gürcüstan Respublikasında, azərbaycanlılar yaşayan Başkeçiddə baş tuta bilər. Bu barədə “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli məlumat verib. Onun sözlərinə görə, bu barədə DAK həmsədri Sabir Rüstəmxanlı ilə razılıq əldə olunub:
“Bu toplantı Elat Mədəniyyəti Günlərindən sonra olacaq. Ola bilsin yığıncaq qədim türk törəsinə uyğun olaraq hətta çadırda keçirilsin”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?