Dünən “Gəzi parkı”nda polisə “Molotov kokteyli” və daşla hücüm edən bir qrup etirazçı polisdən qaçaraq Sosial Demokrat Partiyasının binasında gizlənib.Polislər etirazçıları həbs etmək məqsədi ilə növbəti dəfə Sosialist Demokrat Partiyasının mərkəzi binasına basqın ediblər.
Polislər axtarış zamanı Türkiyə Çevik Polis Qüvvələrinə aid geyim və İstanbul Təhlükəsizlik Müdirliyinə məxsus gizli sənədləri ələ keçiriblər.
Polislər daha sonra Sosialist Demokrat Partiyasının sədri Ridvan Turan daxil olmaqla, ümumilikdə 4 nəfəri həbs edib. Ridvan Turan istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, “məqsədimiz Türkiyəni Yunanıstanın vəziyyətinə salmaq olub”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?