Polois basqınına baxmayaraq Milli Şura öz tərəfdarları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edə bilib. Basqın zamanı polislər Milliyətçi Demokratlar Partiyasının əklilini qırıblar.
Milli Şuranın izdihamlı kalonu başda qurumun sədri Cəmil Həsənli olmaqla, Xiyabana daxil olub. Milli Şura üzvləri şəhidlərimizin məzarları üzrəinə qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.
Polis Milli Şuranın Şəhidlər Xiyabanını ziyarətə gedən kalonuna hücum edib. Əməkdaşımız Natiq Güləhmədoğlu hadisə yerindən xəbər verir ki, polislər kalonun önün kəsib və üzərində “Milli Şuradan...” yazılan əklili xiyabana buraxmayıb. Polislər əklili qırmaq istəyiblər. Qarşıdurma yaranıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?