Araşdırmalar zamanı qətlin bəzi məqamları məlum olub
Ötən gün axşam saatlarında Xaçmaz rayonunda baş verən cinayətin maraqlı məqamları məlum olub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, iyunun 17-i axşam saat 23:00 radələrində Xaçmaz rayon Əhmədoba sakini 1981-ci il təvəllüdlü Samir Oqtay oğlu Mövlanov bibisi 1963-cü il təvəllüdlü Xaçmaz şəhər sakinə İskəndərova Gülbikə Şəmsəddin qızını bıçaqlayaraq öldürüb. Hadisəni törədən şəxs həbs olunub. Araşdırmalar zamanı qətlin bəzi məqamları məlum olub.
Belə ki, ilkin təhqiqat zamanı məlum olub ki, Samir Mövlanov bibisini qisas almaq məqsədilə öldürüb. Çünki, bir müddət əvvəl bibisi oğlu onun arvadını qaçırıbmış. Lakin hələlik cinayətin başqa məqamlar üstündə baş verdiyi də ehtimal olunur. İstintaq sirri olduğu üçün isə bu barədə məlumat verilmir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. ANSPRESS
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?