Məmurlar torpaqları zəbt edib villa-imarətlər ucaldıblar; Zeynəb Xanlarovanın tənqidləri nəticəsiz qalıb Xızının hazırkı icra başçısı Xəzər Aslanov Yardımlıdan bu rayona göndərilib. Geridə qalan müddət ərzində isə xızılıların güzəranında, problemlərinin həllində irəliləyiş olmayıb. Yerli sakinlərdən biri “Gündəm-xəbər”-ə bildirib ki, parlamentin iclaslarının birində deputat Zeynəb Xanlarovanın tənqidləri qulaqardına vurulub: “Bu rayonun deputatı olan Zeynəb xanım dözməyib dilə gəldi. Milli Məclisdə oturanlara dedi ki, Altıağac qoruğunda boş yer qalmayıb, torpaqlar məmurlar tərəfindən zəbt edilib, orada villalar, saraylar ucaldılıb, yerli camaat isə qara gündə yaşayır”. Vəziyyət dəyişməyib. Xızı əhlini dağa qalxmağa da qoymurlar. Hər addımda post qoyulub, nəzarətçilərsə orada gecə-gündüz keşik çəkir. Dağların həndəvəri tikanlı məftillərlə mühasirəyə alınıb. Səbəb də budur ki, Qızılqazma kəndi ərazisində ölkə rəhbərliyinə daxil olan şəxslərin, nazirlərin, iri ranqlı məmurların villa və iqamətgahları yerləşir. Ümumiyyətlə, bu kənddə mühafizəçilər hərəkəti məhdudlaşdırıblar. Xızı sakini bildirib ki, məmur sarayları olan əraziyə yaxınlaşmaq mümkün deyil və kəndlilər bu zolağa tez-tez vertolyot qonduğunu görürlər. Hər kəsin bu məsələdən tərəddüd, pıçıltı ilə danışdığını deyən həmsöhbətimiz bildirir ki, bu massivdə rəsədxana da tikilib. Bura təşrif buyuran villa sahiblərinin rəsədxanadan xoşu gəlir. Qızılqazma kəndi tamamilə mühasirədə olduğuna görə kənardan gələn şəxsləri orada istirahət etməyə, dağa qalxmağa qoymurlar. Burada taxtadan tikilən çoxsaylı orijinal villalar da var. Kənddə bu cür malikanələrin tikilməsinə görə bütün meşələr məhv, yaşıllıqlar isə qəsb edilib. Xızıda fövqəladə hallar nazirindən tutmuş biznesmen deputatlara qədər hər kəsin villası ucaldılıb. Əvəzində isə Xızı sürətlə boşalır, “böyük köç” prosesi yaşanır, ərazilərin işğal olunması imkanı daha da genişlənir, kasıb əhali isə işsizlikdən baş götürüb şəhərə üz tutur. Rəsmi məlumatlarda Xızıda 15062 nəfər əhalinin yaşadığı qeyd olunsa da sakinlər əksini iddia edir. Deyirlər ki, əhalinin sayında ilbəil azalma müşahidə olunur. Xalid
Sorğu
Yeni dizaynımız necədir?