Əhali prezidentdən icra başçısının rayondan çıxarmasını istəyir Zərdab rayon sakinləri icra başçısı Lütfəli Babayevin əlindən beziblər, camaat onun işdən çıxarılmasını tələb edir. Zərdabda vəziyyət getdikcə pisləşir. Rayon əhalisi icra başçısı Lütfəli Babayevin hərəkətlərindən təngə gəlib. Son dövrlər icra başçısının verdiyi bir sıra təlimat və göstərişlər birbaşa pul yığmağa hesablandığından əhalinin narazılığına səbəb olub. Hətta iş o yerə çatıb ki, Zərdabda ən kiçik obyektlərdən belə pul tələb olunur. İşin qəribə tərəfi odur ki, Babayevin pul yığmaq üçün verdiyi göstəriş hakimiyyət dairələrinin tapşırığı olduğu kimi təqdim edilir. Onlar bildirirlər ki, sahibkarlara qan udduran, eyni zamanda rayonda ciddi narazılığa səbəb olan addımlar atan icra başçısının əlindən təngə gəlmiş insanlar artıq baş verənlərə dözə bilmirlər. Mənbə bildirir ki, bu şəkildə davam edərsə, Zərdabda vəziyyət daha da ağırlaşmaqla yanaşı, həm də insanların üsyanına səbəb olacaq. Onlar prezidentdən Lütfəli Babayevin işdən çıxarılmasını istəyirlər. Rasim
Sorğu
Yeni dizaynımız necədir?