Böyük xalq etirazlarının bir-birinin ardından baş qaldırması paralel olaraq yerlərdəki məmurlarda da böyük həyəcan yaradıb. Onlardan biri isə Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevdir. Bildirək ki, adı bir çox qalmaqallarda hallandırılan Lütfəli Babayev bir zamanlar Mincgəçevirə rəhbərlik edirdi. Şeyxin adamı kimi ciddi şəkildə qorunan Lütfəli Babayevin qardaşı Şirvan bölgəsinin və eyni zamanda Mingəçevir şəhərinin axundudur. Onun, yəni axund olan Xanəli Babayevin adı isə narkotik qaçaqmalçılığında, həmçinin azyaşlı bir qızın zorlanmasında hallandırılsa da, Lütfəli Babayev qardaşını mühakimə olunmaqdan qorumağa müvəffəq oldu. Bu işdə isə Allahşükür Paşazadənin çətiri altında olması faktı təbii ki, mühüm əhəmiyyət kəsb etmiş oldu. Beləcə, Mingəçevirdə böyük xalq qəzəbinin hədəfinə çevrilən Babayevlərin sonrakı hakimiyyət ünvanları Zərdab oldu. Və illərdir ki, Lütfəli Babayev Zərdab rayon camaatına istədiyi zülmü edir və bunun müqabilində ona «gözün üstündə qaşın var» deyəcək birisi də müşahidə olunmur. Təbii ki, yenə də Şeyxin hökmlü müdafiəsi Babayevlərin işinə yarayır. Nəticədə bir qadın tərəfindən zorlamada ittiham olunan Lütfəli Babayev nəinki həbsdən yayınmağa müvəffəq olur, hətta həmin qadını şərlədərək həbs də etdirir. Zərdabdakı mənbələrdən daxil olan informasiyalardan isə aydın olur ki, digər rayonların ayaqlanması Zərdab rayon sakinləri üçün də stimul rolunu oynayıb: «Təbii ki, Lütfəli Babayevə qarşı hər zaman narazılıq olub və indi bu narazılığın şiddəti daha da yüksəkdir. Artıq rayon sakinləri arasında icra başçısının istefa tələbi ilə aksiya tədarükü görülür. Və yaxın günlərdə bütün Azərbaycan Zərdab camaatının edəcəklərindən danışacaq». Bu arada bir başqa mənbə bildirib ki, əslində öz hakimiyyətinə qarşı böyük xalq etirazlarının olacağından xəbər tutan Zərdabın icra başçısı «yuxarıları» vəziyyətlə bağlı məlumatlandırmaqla yanaşı, həm də könüllü olaraq istefaya getmək istədiyini də bildirib. Hökumət içindəki qaynaq iddia edir ki, Lütfəli Babayevin bu təşəbbüsü artıq Prezident Administrasiyasında müzakirə olunur. Zaur
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?