Son illərdə dünyada doğulan qızların sayı azalmaqdadır. Demoqraflar narahatdırlar, çünki belə davam edərsə, yaxın onillikdə demoqrafik düzən dəyişəcək, kişilərin sayı qadınların sayından çox olacaq BMT ekspertlərinin hesablamalarına görə, hazırda dünyada 7 milyard insan var və kişilərin sayı qadınlarla müqayisdə çoxluq təşkil edir.
BMT hesabatındakı rəqəmlərə görə, indi dünya miqyasında dünyaya gələn hər 100 qızın "payına" 104 oğlan düşür. Bəzi ölkələrdə istisnalar var.
Çin, Vyetnam, Hindistan, Serbiya və daha 11 ölkədə dünyaya gələn oğlanların sayı daha çoxdur.
Ekspertlərin fikrincə, yaşanan situasiyanın əsas səbəblərindən biri bir çox gənc ailələlərdə valideynlərin ilk övlad qismində oğlan arzulamalarıdır. Hamilə qadının ultrasəs müayinəsi zamanı onun bətnində qız olduğu bilinəndə isə inkişaf etməkdə olan ölkələrin bir çoxunda aborta əl atılır.
"Belə abortlar hər il dünyada 160 milyon qızın dünyaya gəlməməsinə səbəb olur", - BMT hesabatında deyilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?