Daxili İşlər Nazirliyi Müsavat Partiyasının Oğuz rayon təşkilatının sədri Eldəniz Adıgözəlovun həbsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ötən gün icra başçısı rayonun Şirvanlı kəndində əhali ilə görüş keçirib. Bu görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi də qatılıb. O. Mansurzadənin sözlərinə görə, E. Adıgözəlov həmin görüşü pozmaq üçün təxribatçı hərəkətlər edib: “Polis əməkdaşları onu intizama dəvət edib. Lakin Eldəniz Adıgözəlov polisin qanuni tələblərinə qəsdən tabe olmayıb. Buna görə də o polis şöbəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib olunub”. O. Mansurzadə bildirib ki, E. Adıgözəliov məhkəməyə aparılıb və məhkəmə ona xəbərdarlıq edərək sərbəst buraxıb: “Ona heç bir fiziki təzyiq olmayıb. Bu barədə yayılan məlumatların əsası yoxdur. Sadəcə gündəmdə qalmaq üçün bu tipli dezinformasiyalar yayırlar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?