Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib. Bu barədə istiqlal.az-a məlumat hüquq-mühafizə orqanlarından daxil olub. Məlumatda deyilir ki, Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlıdır. Bildirilir ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli şəxs olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib. O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb. Daxili İşlər Nazirliyi (DİN) Şamaxı rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Mübariz Fətəliyevin işdən çıxarılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlara aydınlıq gətirib. DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Trend-ə bildirib ki, YPB-nin rəisi M.Fətəliyev tabelikdəki əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə, bununla da onların və sərnişinlərin haqlı narazılıqlarına səbəb olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının təmin olunmasına laqeydlik göstərdiyinə, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə DİO əməkdaşlarının Etik Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın ayrı-ayrı maddələrini pozduğuna görə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Biz də bu məsələni araşdırmaq üçün Şamaxı rayon polis şöbəsi ilə əlaqə saxladıq. Telefonumuza idarənin növbətçisi kapitan Heybətov cavab verdi.
Mübariz Fətəliyevin işləyib-işləmədiyini növbətçidən soruşduq. “Mübariz Fətəliyev işləmir, sərəncama çıxardıblar”- deyəEB228D7E-AF56-4BC6-8E28-5D06CF94DA89_w268 növbətçi cavab verdi. Müxbirimizin “Məlumat yayılıb ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb və bu səbəbdən də Fətəliyev vəzifədən uzaqlaşdırılıb” fikrinə növbətçinin münasibəti belə oldu: “Bilirsən day neynirsən soruşub”. Müxbirimiz “Biz məsələnin doğru olub-olmadığını bilmək istəyirk “ dedikdə növbətçi “ Həə belə problem olub” deyə cavab verib. Biz məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə ilə əlaqə saxladıq. Müxbirimizin sualına Orxan Mansurzadə cavab olaraq qeyd etdi ki, siz bunu Şamaxı ilə əlaqə saxlayıb aydınlaşdırın. Müxbirmiz “Biz Şamaxı ilə əlaqə saxlamışıq, onlar dedilər ki, bəli belə hadisə olub” deyə bildirdikdə Mansurzadə “Deyiblər bəs eliyir dəə” cavabını verib. Müxbirimiz növbəti sualını vermək istədikdə is mətbuat xidmətinin şöbə müdiri dəstəyi asıb.
Məsələ ilə bağlı tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikirlərini öyrəndik:” Bu məsələ araşdırılmadan bir vəzifəli şəxsə görə böyük bir bölmə rəisinin təcili olaraq işdən çıxarılması düzgün deyil. Onu da deyim ki, belə hadisələr sıravi vətəndaşla bağlı olsaydı həmin vətəndaşın özünü tutub basardılar içəri. Yadınızdadırsa dəfələrlə nəqliyyat departamentinin işçiləri yolda taksi sürücülərini ölümcül dərəcədə döyüblər, təhqir də ediblər, amma nəqliyyat işçiləri cəzalandırılmayıblar. Yaxud yol polisi ilə bağlı dəfələrlə videolar çəkilib yayılıb, amma həmişə sürücünü günahkar biliblər. Əgər Kərəm Həsənovun əvəzinə hər hansı sıravi vətəndaş olsaydı doğrudanmı polis rəisi işdən çıxarılacaqdı?! Məgər Kərəm Həsənovu saxlamaq olmaz ?! Kərəm Həsənovun toxunulmazlıq immuniteti yoxdur. Yəni qanun qarşısında hamı eyni dərəcədə məsuliyyət daşıyır. Yəqin Kərəm Həsənov da qanuna tabe olmayıb ki, saxlayıblar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?