Milli Məclisin növbədənkənar sessiyasında Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməsinin müzakirəsi qalmaqalsız ötüşməyib.
Millət vəkili İqbal Ağazadə AP-nın qətnaməsi ilə bağlı çıxış etmək istəsə də, ona söz verilməyib. Millət vəkili çıxış üçün təkid etsə də spiker Oktay Əsədov bildirib ki, o, İqbal Ağazadənin sözünü heç vaxt kəsməyib:
"Amma bu gün sözügedən qətnamə ilə bağlı müzakirə bir saatdan çoxdur ki, davam edib. Bu qədər kifayətdir".
Sorğu
Yeni dizaynımız necədir?