Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə son günlər həbs olunan hüquq müdafiəçiləri haqda danışıb. Lent.az-ın xəbərinə görə, “Yeni Müsavat” qəzetinə müsahibə verən İ.Ağazadə rəsmi elan olunan ittihamları təhlil və tövsif etmək əvəzinə, siyasi bəyanat verilməsini müdafiə işində ən böyük qüsur adlandırıb: “Konkret olaraq, bir hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, vergidən yayınma, səlahiyyət həddini aşma və sair maddələrlə ittiham olunur. İlk növbədə onu müdafiə edənlərin, peşəkar müdafiə edənlərin vəzifəsi nə olmalıdır? Bu ittihamlar qarşısında müdafiənin şəffaflığını təmin etməlidir, bu qədər qrant alınıb, bu qədər dövlətə vergi verilib, vergi qanunvericiliyi pozulmayıb, sahibkarlıq haqqında qanun pozulmayıb, ilk növbədə bunlar ortaya qoyulmalıdır. Sonra dəstək kampaniyası keçirilməlidir. Biz sonradan siyasi bəyanat verə bilərik”.
Millət vəkili həbs olunanların işi ilə bağlı cəmiyyətin məlumatsız olduğunu da qeyd edib: “Rauf Mirqədirov haqqında, Leyla Yunus haqqında çox ağır ittiham irəli sürülüb ki, onlar vətənə xəyanət ediblər. Bizsə işin mahiyyətini bilmirik. İctimaiyyət, media bu haqda heç nə bilmir. Vəkil deyir ki, mən istintaqda qol çəkmişəm, iltizam vermişəm ki, istintaq sirrini aça bilmərəm, yaya bilmərəm. İndi Azərbaycan hökumətinin və yaxud da prokurorluq orqanlarının elan etdiyi ittiham maddələri və faktlar məni qane etmir, mən onlara inanmıram, vəkil də cavab vermir. Mən indi arestantları necə müdafiə edim, mən nəyi müdafiə edim?”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?