İyunun 28-də Sabirabadın Şəhriyar və Xəlfəli kəndindən olan 80-ə yaxın sakin Prezident Administrasiyasına yürüş edib.Bu haqda musavat.com xəbər verib.
İki kəndin sakinlərinin PA-ya yürüş etməsinin səbəbi isə ötən ilin avqust ayında taksi sürücüsünü n şikayəti ilə həbs olunan kənd sakinləri ilə bağlı idi. Şəhriyar kənd sakini Məmmədəli Abdullayevin sözlərinə görə, dövlət ittihamçısı Şahlar Muradov, Rafət Əmənov, Kamil Əliyevin hər birinə 11 il iş istəyir: “Bu uşaqların günhı yoxdur. Mindikləri taksidən düşən zaman sürücü onlardan 12 manat pul istəyib. Bunların da cibində 6 manat pul olub. Deyib nömrəni götürək verərik. Daha sonra polis gəlib uşaqları evdən aparıb. Deyiblər ki, taksi sürücüsü sizdən şikayət edib. Ötən ilin avqustundan uşaqları Kürdəxanıdakı təcridxanada saxlayırlar”.
Prezident Administrasiyasına yürüş məqsədləri barədə danışan kənd sakini bildirdi ki, məmur özbaşınalığından bezdikləri üçün ölkə başsına şikayət etməyə gəliblər: “Və yaxud administrasiyada kimsə bizi dinləsin. Rayon hüquq-mühafizə orqanların əməkdaşlarından da şikayətçiyik. Övıladlarımızı haqsız yerə 11 aydır həbs ediblər”.
12 manata görə 11 il iş
Həbs olunan Sabirabad sakinlərinin yaxınları qəzetimizə açıqlamalarında bildirdilər ki, gəncləri şərləyərək həbs ediblər: “12 manata görə 11 il iş istəyən prokurorun vijdanının olmasından şübhə edirik. Bu üç gənci kənddə hər kəs çox gözəl tanıyır. Mədəni, tərbiyəli uşaqlardır. İndi onlara quldurluq maddəsi ilə iş açıblar. Axı bunlar taksi sürücüsünü qəsb etməyiblər. Pulları çatmayıb, deyiblər qalanını da sonra verərik. Buna görə 11 il iş verərələr?”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?