GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xətai sakinləri Prezident Administrasiyasına yürüş etdilər (Fotolar)

Xətai sakinləri Prezident Administrasiyasına yürüş etdilər (Fotolar)

Tarix: 29-07-2013, 16:11 Bölmə :Manşet Baxış: 886
Xətai sakinləri Prezident Administrasiyasına yürüş etdilər (Fotolar)

Xətai sakinləri Prezident Administrasiya yürüş etdilər (Fotolar)
Evlərinin söküntüsünə etiraz edən Ərzurum qəsəbəsinin sakinləri yürüş aksiya keçirdi; daha 20 ev “Ağ şəhər”in güdazına getdi
İyulun 29-da Bakının Xətai rayonu, Ərzurum qəsəbəsində plana düşən evlərin söküntüsü davam etdirildi. Səhər saatlarında Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən əvvəlcədən müəyyən olunan 20 evin söküntüsünə başlanıldı. Evlərinin sökülməsinə etiraz edən ailələr küçəyə toplaşaraq yaxınlıqdakı magistral yolu bağlamağa cəhd edincə, əraziyə çağırılan Xətai rayon Polis İdarəsinin əməkdaşları vəziyyətə müdaxilə etdilər. Post-patrul maşınları ilə yolu bağlamaq istəyən sakinlərin qarşısı kəsildi, etirazçılara qəsəbəyə dönmələri barədə xəbərdarlıq edildi.

Qəzəbli qəsəbə sakinlər birbaşa Prezident Administrasiya yürüş etməyə qərar verdilər. Təxminən 100-ə yaxın qəsəbə sakini bir neçə avtobusa doluşaraq Prezident Administrasiyasına getdilər. “İçərişhər” metro stansiyası qarşına toplaşan qəzəbli kütlə müxtəlif şüarlar yazılmış plakatlarla Prezident Administrasiyasına doğru yürüş etməyə başladılar. Səbail polisi sakinlərin aksiyasından xəbərdar olduqlarından Xətai sakinlərini qarşısı bir neçə dəfə kəsildi, plakatlar onlardan alındı. Qəzəbli kütlə administrasiyanın qarşısındakı bağa toplaşmağı bacardılar. Burda da polis aksiya iştirakçılarına müdaxilə etdi. O cümlədən Prezident Administrasiyasının mühafizəçiləri bağa toplaşan Xətai sakinlərini oradan çıxarmağa cəhd etdilər.

Sakinlər administrasiyadan bir nəfərin onları qəbul edərək şiakayətlərini dinləmələrini tələb etdilər. Aksiya iştirakçılarının nümayəndəsi Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla görüşdü. Görüşdən çıxan “Qara şəhər” sakini administrasiyada onlara quru vəd verildiyini söylədi: “Xətai Rayon İcra Hakimiyyəti başçısının bizi aldatdığını, dövlət tərəfindən ayrılan kompensasiyanın yarısını mənimsədiklərini Fuad Ələsgərova çatdırdım. Şöbə müdiri lazımı tədbirlərin görüləcəyini deyərək quru vəd verdi ”.

Sakinlər bu gün yenidən üç fərqli yerdə -Xətai RİH, Bakı ŞİH və Prezident Administrasiyası qarşısında oturaq aksiya keçirəcəklərini söylədilər.

Nəzərə çatdıraq ki, sahəsi 221 hektar olan “Ağ şəhər” layihəsi üzrə yaşayış, iş, istirahət və əyləncə üçün ən yaxşı şərait təqdim edəcək şəhər tipli 10 universal kvartalın yaradılması nəzərdə tutulub. Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, “Ağ şəhər”in mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Həmçinin su nəqliyyatından istifadə edilməsi üçün bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulub.
Artıq “Ağ şəhər” layihəsinin infrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb. O planlar layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş “Azəryolservis”, “Azərenerji”, “Azəriqaz”, “Aztelekom” və bu kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb. Layihə üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya), “Foster + Rartners” və “F+A Architects” kimi məşhur memarlıq şirkətləri də prosesə cəlb edilib.
Layihənin gerçəkləşəcəyi məkanda 850-yə yaxın yaşayış evi plana düşüb. Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov sökülən evlərin sakinləri ilə razılığa gəlindiyini bildirib: “Sökülən evlərin hər kvadratmetrinə görə 1000 manat, evin damından kənarda olan əlavə tikililərin hər kvadratmetrinə görə isə 750 manat veriləcək. Bununla bağlı xüsusi komissiya yaradılıb. Bazar qiyməti öyrənilib. Vətəndaşlarla razılığa gəlinib və müqavilə bağlanıb. Amma qanunsuz tikililərin torpaq sahələrinə kompensasiya ödənilməyəcək. Çünki bu torpaq sahələri dövlətindir, indi də geri qaytarılır. Bunun üçün dövlət yenə pul ödəməlidirmi?!”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qara şəhər”də evi sökülənlər meriyaya yürüş etdilər (FOTO)

    “Qara şəhər”də evi sökülənlər meriyaya yürüş ...

    24-07-2013, 12:14

  • 
  • Sabirabadın 2 kəndi Prezident Administrasiyasına yürüş etdi

    Sabirabadın 2 kəndi Prezident Administrasiyasına ...

    28-06-2013, 13:19

  • 
  • Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda etiraz aksiyası

    Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda ...

    4-03-2015, 23:14

  • 
  • Köçkünlər Sabirabadda yolu bağladılar

    Köçkünlər Sabirabadda yolu bağladılar ...

    1-07-2013, 17:22

  • 
  • Badamdar sakinləri yolu bağladı

    Badamdar sakinləri yolu bağladı ...

    24-09-2013, 11:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu