Xətai rayonunun Ərzurum qəsəbəsinin sakinləri Bakı Şəhər İcra Hakimiyyətinə yürüş ediblər. Musavat.com-un aksiyanı izləyən əməkdaşının məlumatına görə, “İçərişəhər” metrostansiyasından İcra Hakimiyyədək davam edən yürüşdə 200-ə yaxıns akin iştirak edib. Qəbul şöbəsinin qarşısına toplaşan sakinlər Hacıbala Abutalıbovla görüş tələb ediblər. Əraziyə polis qüvvələri cəlb olunub, naraı sakinlərin ərazidən uzaqlaşdırılmasına cəhd olub. Sakinlər isə qəbul ediloməyəcəkləri təqdirdə Prezident Administrasiyasına yürüş edəcəklərini bildiriblər. Nəhayət, sakinlərin nümayəndəsini Hacıbala Abutalov qəbul edib, danışıqlar gedir.
Sorğu
Yeni dizaynımız necədir?