Horadizdə “Müasir gəncliyin inkişafı” mövzusunda seminar keçirildi
Bu gün Horadiz şəhər 3 saylı orta məktəbdə Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatı və Füzuli rayon gənclərinin təşəbbüsü ilə “Müasir gəncliyin inkişafı” mövzusunda seminar keçirilmişdir. Tədbirdə müxtəlif peşə sahibi olan 100-dən artıq məcburi köçkün gənc iştirak etmişdir. Füzuli gəncləri çıxışlarında bildiriblər ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?