İki ay sonra toyu olacaq məktəbli qız özünü öldürdü Rayon prokurorluğundan verilən məlumata görə, Məhəmmədi kəndində 16 yaşlı Püstəxanım Quluzadə özünü asıb. Orta məktəbin 9-cu sinif şagirdi olan P.Quluzadənin özünü öldürməsinin ilkin səbəbini öyrənə bildik.
hüquq-mühafizə orqanlarından əldə olunan məlumata görə, iki il əvvəl nişanı olan qız bir aydır həyatdan bezdiyini deyirmiş. Dünən isə asılmış vəziyyətdə tapılıb.
P.Quluzadənin iki ay sonra toyu olacaqdı.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?