Bakının Suraxanı rayonunda 36 yaşlı qadın sevgilisi tərəfindən döyülüb. Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gecə saat 01 radələrində Suraxanı qəsəbəsi, 3-cü mədən ev 252 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 36 yaşlı Gülçöhrə Əliyeva qeyri-rəsmi münasibətdə olduğu Atamoğlan Cabrayılov tərəfindən döyülüb. Qadın qapalı kəllə-beyin travması alıb.
Hadisə qadının kişidən ayrılmaq istəməsi səbəbindən baş verib. İşi aparan 31-ci polis bölməsinin baş təhqiqatçısı polis kapitanı Asif Ələkbərov ANS PRESS-ə açıqlamasında bildirib ki, Gülçöhrə Əliyeva Atamoğlandan ayrılmaq istədiyini bildirib. Kişi isə qadından ayrılmaq istəmədiyi üçün mübahisə yaranıb. "O izahatı alınması üçün bölməyə dəvət olunub".
Qeyd edək ki, Gülçöhrə Əliyeva əvvəllər evli olub. Onun həmin evlilikdən bir oğlu və bir qızı var. Qadın ərindən boşandıqdan sonra Hövsan qəsəbəsindəki gözəllik salonlarından birində işləməyə başlayıb. Elə həmin ərazidə də Atamoğlan Cabrayılovla tanış olublar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?