Bu yaxınlarda kafenin müştərilərindən birinin SPİD xəstəliyinə youxması da hüquq –mühafizə orqanlarını narahat etmir
Son illər Daxili İşlər Nazirliyinin təqdirəlayiq tədbirləri sırasında mənəviyyata zidd əxlaqsızlıq yuvalarının nəzarətə götürülməsi məsələsi var. Bu tədbirlərin nəticəsində ölkəmizdə olan əxlaqsızlıq yuvalarına qarşı aparılan ciddi mübarizəni heç də danmaq olmaz. Lakin nə qədər mübarizə aparılsa da, yenə də bu hallara rast gəlinir. Aydındır ki,insan alveri külli miqdarda qazanc gətirir.Buna görə də qadın dəllalları qanunun sərtliyinə baxmayaraq yenə də kafe, sauna kimi iaşə obyektlərini əxlaqsızlıq yuvalarına çevirməkdə maraqlı olurlar.
Necə ki, Bərdə rayonunun Mizəxanlı kəndindəki məhşur kafe kimi. Bu obyektə əsasən Gəncə və Balakəndən qadınlar gətirilir. Aralarında hətta azyaşlı və həddi buluğa çatmamış qızlar da var. Qeyd edək ki, kafenin əxlaqsız yuvaya çevrilməsindən sahə müvəkkilindən tutmuş polis rəisinədək hamınıın xəbəri var.Ancaq heç bir tədbir görülmür. Bu yaxınlarda kafenin müştərilərindən birinin SPİD xəstəliyinə youxması da hüquq –mühafizə orqanlarını narahat etmir. Kafeni işlədən Ələkbər adlı şəxsin söylədiyinə görə polisə hər ay 1600 manat rüşvət verir.
Bizi isə aşağıdakı sual narahat edirdi: necə olur ki, daxili işlər naziri cənab Ramil Uusubov Azərbaycanda baş verən bu cür hallara qarşı geniş mübarizə aparılmasına tapşırıq verir, Bərdə Rayon Polis Şöbəsi isə Mirzəxanlı kəndində kök salmış əxlaqsızlıq yuvasına havadarlıq edir?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?