Özünü öldürən gəncin sağalmaz xəstəliyə düçar olduğu bildirilir
Bu gün səhər saatlarında Bərdə rayonunda 18 yaşlı gənc həyatına son qoyub. Rayon polis şöbəsindən verilən əmlumata görə, Xan Ərəb kənd sakini 1995-ci il təvəllüdlü Fazil Cəfərov özünü yaşadığı evdə asıb. Onun asılmış meyitini valideynləri tapıb. Dərhal hadisə yerinə polis və həkim çağrılıb. İlkin araşdırmalar zamanı gəncin intihar etdiyi məlum olub. Araşdırmalar zamanı o da məlum olub ki, F.Cəfərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Həmişə bədənində şiddətl ağrılar olub və bu ağrılara dözə bilmədiyini deyirmiş.
İlin ehtimala görə, gənc məhz bu xəstəlikdən qurtulmaq üçün həyatına son qoyub.
Sorğu
Yeni dizaynımız necədir?