Türkiyə mətbuatı azərbaycanlı iş adamı Əli Həmidovun qətli ilə bağlı ilginc bir məqalə yayıb. Bu ölkənin KİV-ləri sözügedən cinayət işi ilə bağlı şok təfərrüatlar və faktlar əldə etdiyini deyir.
Xəbər verdiyimiz kimi, azərbaycanlı biznesmen Ə.Həmidovun öldürülməsində kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev-red.) adı çəkilir. Hətta Əli Həmidovun son nəfəsində “Rövşən” dediyi də iddia olunur. Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə polisindən bu hadisə ilə bağlı verilən məlumata görə, cinayət işi ilə əlaqədar geniş araşdırma işləri aparılır. Cinayət baş verən gün oteldə kimlərin olması videogörüntülərdə əks olunub.
Haberturk.com saytı “Rövşən Lənkəranski”nin Türkiyəyə Azərbaycan pasportu ilə daxil olduğunun və adının Rövşən Əliyev kimi qeyd edildiyinin isbat olunduğunu bildirir. Hətta “Rövşən Lənkəranski”nin qaldığı oteldə bir azərbaycanlı generalla görüşdüyü, ondan sui-qəsdlə bağlı təlimatlar aldığı və bu faktların da aparılan araşdırmalar nəticəsində sübuta yetirildiyi deyilir.
Saytın Türkiyənin təhlükəsizlik orqanlarından əldə etdiyi məlumata görə, həmin general Azərbaycan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (xalq arasında “bandotdel” kimi tanınır-red.) rəisi, polis general-mayoru Mirqafar Seyidovdur. Türk mediasının əldə etdiyi videoda M.Seyidovun görüntülərinin də açıq şəkildə göründüyü iddia olunur. Xəbərdə deyilir ki, cinayət hadisəsi baş verdikdən bir saat sonra Mirqafar Seyidov, “Rövşən Lənkəranski” və adamları oteli tərk edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?