İyulun 4-də Salyanda qalmaqallı cinayət hadisəsi baş verib. Məlumata görə, təxminən saat 12 radələrində Salyan avtovağzalının direktoru Nurəddin elə iş yerindəcə bıçaqlanıb. Hadisə şahidlərinin reportyor.tv-nin əməkdaşlarına söylədiklərinə görə, avtovağzalın direktoru orada çalışan xadimə xanımı ağır söyüşlə təhqir edib. Xəbər xadimənin oğluna çatdıqda o direktorla haqq-hesab çürütməyə qərar verib və ona bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?