Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı səsləndirdyi fikirlərindən sonra Ermənilərin təhdidlərinə məruz qalan Moldovanın Ombudsman Aureliya Qriqoriu artıq Ermənistanı tərk edib. Bu barədə ANS-ə müsahibəsində Ombudsmanın dostu Todur Zanet hazırda onun Kişinyov hava limanında eniş edəcək təyyarədə olduğunu deyib.
A.Qriqoriunun dostu, Todur Zanet: “Ermənistanın qoyduğu yeganə şərt o idi ki, o üzr istəsin. Mənim bildiyimə görə o bunu etməyib. Buna baxmayaraq onu buraxdılar və o Kişinyova uçur. Digər detalları mən bilmirəm. Ona qarşı heç bir xüsusi milliyətçi hərəkətlər olmayıb. Hər şey diplomatik münasibətlər səviyyəsində olub”.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsi barədə Ombudsmanın çıxışı İrəvanda birmənalı qarşılanmırdı. Onun hətta Azərbaycana satılması kimi müxtəlif iddialar səslənirdi. Moldovalı Ombudsmana söylədiklərinə görə üzr istəməyənədək və sözlərini geri götürməyənədək Ermənistandan buraxılmayacağı deyilirdi. Bütün bu hədə-qorxuları nəzərə alaraq Moldova rəsmiləri hətta Ombudsmanın təhlükəsizliyinin təmin olunması üçün Ruminiya və Gürcüstanın Ermənistandakı səfirliklərinə müraciət etmişdi.
Xatırladaq ki, Aureliu Qriqoriu Ermənistanda keçirilən Ümumavropa konfransındakı çıxışı çərçivəsində Ermənistanın olmasını təsdiqləyən bəyanət səsləndirib. Moldovalı vəkil deyib ki, “Ermənistan Azərbaycan torpaqlarının 20 % işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib”.
O “dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması” adlı məruzə ilə çıxış zamanı Xocalıda soyqırımı ermənilərin törətdiyini və bu faktın beynəlxalq ictimaiyyət tanındığını deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?