Gültəkin Hacıbəylinin oğlu atasıyla görüşmək istəmədi Moderator.az-ın əldə etdiyi məlumata görə, bu gün sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun atası Mahmud Mehdiyevlə görüşü təşkil olunub.
Məlumat üçün bildirək ki, Səbail Rayon Məhkəməsi 2006-cı ildə Mahmud Mehdiyevin oğluyla həftədə bir dəfə görüşməsi ilə bağlı qərar çıxarıb. Ancaq nədənsə Mahmud Mehdiyevin ötən illər ərzində övladı ilə görüşməsi yadına düşməyib. Ancaq son zamanlar o mediada keçmiş həyata yoldaşına ittihamlar səsləndirərək, oğlu ilə görüş tələb edib.
Dünən isə M.Mehdiyevin oğluyla sayca 5-cu görüşü olub. Bu dəfəki görüşdə Səbael rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsinin əməkdaşları və hüquq müdafiəçiləri də iştirak ediblər.
Səməd Vurğun bağı deyilən ərazidə reallaşdırılsan görüş zamanı isə gözlənilməz anlar yaşanıb. Belə ki, atası ilə görüşməkdən imtina edən Toğrul ona tərəf səsini qaldıraraq “mən səni tanımıram. Nə istəyirsən məndən, sənlə görüşməyəcəm” deyə atasından uzaqlaşıb.
Sorğu
Yeni dizaynımız necədir?