Qəsəbənin Kolxoz küçəsində yaşayan Məmmədovlar ailəsi naməlum qüvvənin hücumuna məruz qalıblar.
“Qafqazinfo”nun AnsPress-ə istinadən veridyi məlumata görə, paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeyri-adi hadisə baş verib. Qəsəbənin Kolxoz küçəsində yaşayan Məmmədovlar ailəsi naməlum qüvvənin hücumuna məruz qalıblar. Belə ki, gözə görünməyən məxluq evin altını üstünə çevirir. Mənzildə olan bütün qabqacağı sındırır. Metal əşyaları əyir, şəkilləri cırır. Ev sahibinin sözlərinə görə, naməlum məxluq kosmetik əşyaları elə naməlum istiqamətə də aparır. Hətta bir neçə dəfə evin xanımının üstünə də hücum çəkib. Divarda olan xəncəri yerindən götürərək kiməsə vurmaq istəyir.
Ev sahibinin sözlərinə görə, bu gözə görünməyən qüvvə evdə olan qida məhsullarına əl vurmasa da stəkanda olan suyu içir. Artıq 15 günə yaxındır ki, mənzildə yaşamaq müşkülə çevrilib.
Hadisə baş verən gündən bu yana, həyətdə olan ev heyvanlarında da qeyri adilik hiss olunur. İt əvvəlkindən fərqli olaraq hürmür. Evdə paronormal hadisə baş verən zaman toyuqlar səs-küy salır. Gecə saatlarında isə, evin həyətyani sahəsində, naməlum məxluq mərsiyə məclisi qurur. Bunu gözlə görmək mümkün olmasa da səsini qonşular eşidir. Ev sahibi deyir ki, bu ev onların dədə baba mülkləridir.Bu vaxta qədər də heç vaxt qeyri adi hadisə baş verməyib. Evdə peydə olan naməlum məxluq qonşuları da unutmur.
Ev sahibi deyir ki, kəndin mollalarına da müraciət etmişəm.Onlar da bir köməklik göstərə bilmir. İndi çarəsiz ailə üzvləri sadəcə özlərini naməlum qüvvədən necə müdafiə edəcəkləri haqqında baş sındırır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?