Allahşükür Paşazadənin Rövşən Lənkəranski ilə dostluq münasibətləri
gundemxeber.az Bir neçə gün öncə kriminal aləmin iki avtoriteti "oğru Quli" ilə Rövşən Lənkəranski arasındakı qalmaqaldan yazmışdıq.Bildirmişdik ki, Rövşən Lənkəranskinin Azərbaycanda çox məşhur olan bir məmur oliqarxla dostluq və biznes əlaqələri var. Bu haqda məlumat verən avropa.info "cinayətkar aləm"in tanınmış isimlərindən olan Rövşən Lənkəranskinin dostluq münasibətində olduğu tanınmışlardan birinin də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə olduğunu deyir. Şeyxin həmyerlisi olan Rövşən Lənkəranski ilə biznes əlaqələrinin olduğu da bildirilir. Qeyd edək ki, bir neçə il bundan öncə Rövşən Lənkəranski Azərbaycanda silah saxlama və başqa bir neçə maddə ilə həbs olunsa da "cinayətkar aləmin" təəccüblə qarşıladığı bir hadisə baş verdi. Belə ki, məhkəmə Lənkəranskiyə bəraət verərək onu həbsdən azad etdi. Bu Azərbaycanda "cinayətkar aləmin" təcrübəsində görünməmiş hadisə idi. Aldığımız məlumata görə, Lənkəranski həbs olunan zaman onun buraxılması üçün xahiş edənlərdən biri də hörmətli şeyx olub. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?