“Amma ermənilər bilsinlər ki, törədəcəkləri təxribatın cavabını layiqincə alacaqlar” “Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Dağlıq Qarabağda Ermənistan tərəfindən ciddi insidentlərin törədilməsi istisna deyil. Onlardan bunu gözləyirik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, istənilən halda bu, Azərbaycanda seçki prosesinin normal keçməsinə mane ola bilməyəcək: “Amma ermənilər artıq bilsinlər ki, necə təxribat törədəcəklərsə, elə də cavab alacaqlar. Azərbaycanın buna hər formada imkanı və gücü var. Hərbi parad keçirildi, Azərbaycan prezidenti də qəti olaraq bu barədə qeyd elədi. Kim bizim gücümüzü sınamaq istəyirsə, cavabını alacaq”.
Birinci vitse-spiker qarşıdan gələn seçki prosesi ilə bağlı onu da deyib ki, bütün məsələlər artıq tənzimlənib, avqustun birinci yarısından prosesə rəsmi start veriləcək.rn
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?